İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. “Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib. Eyni zamanda İranda 13 yeni yoluxma halının da aşkarlandığı bildirilib.