İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi: "Evinizdən çölə çıxmayın!"
İranın Səhiyyə naziri Kianuş Cahanpur əhalini evlərindən çölə çıxmamağa səsləyib.
Eadaily.com-un məlumatına görə, nazir bu barədə yerli televizayada çıxış edib.
“İnsanların evdə qalması daha təhlükəsiz olacaq. Son 24 saatda 34 virusa yoluxma halı qeyd edilib. Onların 16-sı Qum şəhərindədir”, - deyə Cahanpur bildirib.
İranın Çindən kənarda koronavirusa yoluxma halının ən çox baş verdiyi ölkə olduğu qeyd edilir. Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. 95 nəfər isə bu virusa yoluxub.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...