Ermənistanda siyasətçilərin Qarabağdakı rus sülhməramlılarına qarşı ittihamları destruktivdir.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
Onun sözlərinə görə, İrəvanda faktları manipulyasiya etməyə çalışırlar.
“Biz bu bəyanatları görürük, onları dağıdıcı və ən əsası həqiqətə uyğun olmayan hesab edirik”, – Zaxarova bildirib.
XİN rəsmisi bu açıqlama ilə bir sıra erməni siyasətçilərin Rusiya sülhməramlılarının Qarabağ əhalisini qorumadığına dair iddialarını şərh edib.
Zaxarovanın sözlərinə görə, Ermənistanda bu cür bəyanatlarla məsuliyyətdən boyun qaçırmaq naminə faktları manipulyasiya etməyə çalışırlar.
Azpost.info