Karantin elan olunmuş 8 rayon və şəhərin sakinlərinə də 190 manat veriləcək - AÇIQLAMA
Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində bildirib.
Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.İşsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə bu ödəmə veriləcək. Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək.Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.
Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...