Karantində apteklər necə fəaliyyət göstərəcək? - Qərargah açıqlama verdi
Ötən həftədən fərqli olaraq bu həftə apteklərin fəaliyyətinə icazə verilir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, apteklər əməkdaşları barədə məlumatı icaze.e-gov.az portalına daxil etdikdən sonra fəaliyyət göstərə biləcəklər: “Lakin apteklər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilər. Yəni apteklər reseptli yox, reseptsiz dərmanların zəruri hallarda evlərə çatdırılmasını həyata keçirəcəklər. Hansı aptekə necə müraciət etmək lazımdır məsələsinə aydınlıq gətirim ki, sistemdən icazə alan apteklər və onların əlaqə nömrələri mətbuata açıqlanacaq ki, vətəndaşlar öz yaşayış yerlərinə yaxın olan aptekin nömrəsini bilsin və onun üçün təxirəsalınmaz, ən zəruri hallarda dərman sifarişi edə bilsin.
Bu zaman aptek əməkdaşı o dərmanı vətəndaşa çatdıracaq. Vətəndaşlar bunun üçün aptekə gedə bilməzlər, qəti qadağandır. Yalnız apteklərin çatdırılma xidmətindən istifadə etməklə dərman əldə edə bilərlər. Amma hər bir halda biz vətəndaşlarımızı çağırırıq ki, həmin 2 gün ərzində qida, su ehtiyatı, gündəlik istifadə etdiyi dərman preparatları, ağrıkəsicilər və s. qabaqcadan əldə etsinlər ki, karantin müddətində əlavə çətinlik yaşamasınlar. Əlbəttə ki, 108 xidməti də qoşulub, digər xətlər çox məşğul olduqda 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Amma bu o demək deyil ki, biz rahat, arxayın olaq və həmin gün nömrələrə zəng vurub müxtəlif sifarişlər edək”.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...