"Moskvada 20-yə yaxın erməni üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib" - Diaspor sədri
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.
Bu barədə APA-ya paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.
Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.
Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA-ya verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...