Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. “Report”un məlumatına görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb. Hadisə şahidlərinin bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib. Verilən məlumata əsasən, hadisə milli zəmində baş verib.