MSK 29 saylı Səbail seçki dairəsi ilə bağlı deputatlığa namizədlərin şikayətinə fevralın 18-də baxacaq. Azpost.info bildirir ki, bu barədə həmin  dairədən deputatlığa namizəd olan Bəxtiyar Hacıyev bildirib. MSK-dan ona bildirilib ki, ekspertlər təqdim etdiyi pozuntularla bağlı şikayətə sabah baxacaqlarını deyiblər. B.Hacıyevin sözlərinə görə, 29 saylı Səbail seçki dairəsinin 9 deputatlığa namizədi elan olunmuş nəticələrdən şikayətçidir. MSK həmin dairədən Nigar Arpadarainin qələbəsini tanıyıb.