Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Bunu "Report"un sorğusuna cavab olaraq MSK katibi Mikayıl Rəhimov deyib. O bildiirb ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib. Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.