Nazir Sahil Babayev 190 manatı kimlərə verdiklərini açıqladı - Pul hansı kateqoriya üzrə paylanıb?
“190 manatın fəlsəfəsi təhrif olunmuş şəkildə çatdırılır. Bu 600 min insan ümumilikdə birdəfəlik müavinət üçün müraciət etmiş şəxslərdir. Bunu işsizliyin göstərici kimi təqdim etmək faktların təhrif edilməsidir. Çünki bu zaman müraciət edən şəxs işsiz statusu almaq üçün müxtəlif mərhələlərdən keçməlidir. O şəxsə münasib iş təklif edilir. Münasib işə 2 dəfə razılıq vermədiyi təqdirdə artıq onun işsiz statusu formalaşdırılır. Digər tərəfdən, dövlət o vətəndaşa iş təklif edə bilmədikdə onun işsiz statusu formalaşdırılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “REAL TV”yə açıqlamasında bildirib.
S.Babayev qeyd edib ki, 190 manatlıq birdəfəlik ödəmə vətəndaşlara 3 kateqoriya üzrə verilib: “190 manatlıq müavinətə müraciət edənlərin böyük əksəriyyəti işsizlərlə yanaşı, iqtisadi qeyri-fəal əhalidir və qeyri-formal şəxslərdir. 190 manatlıq birdəfəlik ödənişi 3 kateqoriyalı insanlar alıb.
Birinci kateqoriya iqtisadi qeyri-fəal insanlardır. Bunlar heç vaxt işləməyən və işləmək istəməyən – ailə üzvlərinə baxan, ev təsərrüfatına qulluq edən, aktiv əmək bazarına qoşulmayan insanlardır. Bunlar təqribən 23% kəsimi təşkil edir.
Digər kontingent xüsusi karantin rejimində öz qazancını itirən qeyri-formal işləyən şəxslər olub. Baxmayaraq ki, həmin şəxslər dövlətə hər hansı ödəniş (vergi, sosial sığorta haqqı) etməmişdi, sosial dövlət prinsipi üzrə onlar üçün də əlavə dəstək mexanizmi təklif edildi. Dövlətin müxtəlif dəstək mexanizmləri ilə artıq 2 milyon insana dəstək verilir.
Üçüncü qrup insanlar isə həqiqətən, işsiz kimi dövlət məşğulluq orqanlarında qeydiyyatda olan insanlar idi”. (Modern.az)
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...