Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir. Trend-in məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır. Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.