Ölkədə Aİ-95 markalı benzinin qiyməti yenidən bahalaşacaq - SABAHDAN
Dünyada Aİ-95 markalı benzinin qiyməti rekord səviyyədə qalxıb.
Azpost.info Trend-ə istinadən bildirir ki, Aİ-95 markalı benzinin qiyməti dünya bazarında 0,26 artıb.
İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq. Bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.
Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı. (Report)
Qeyd edək ki, bir müddət əvvəl Aİ-95 markalı benzin qiyməti Azərbaycanda ucuzlaşmışdı, bu da bu markalı benzinin dünya bazarında qiymətinin düşməsilə bağlı idi. Dünya bazarında qiymət artımından sonra Azərbaycanda da Aİ-95 markalı benzinin qiyməti artacaq, çunki Aİ-95 markalı benzin ölkəyə idxal olunur.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...