“Ölkədəki əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb” - Dövlət Miqrasiya Xidmətinin rəisi
“Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: “May ayından sonra ikinci müddətin uzadılması məsələsi də aktuallaşdığından razılaşdırılmış qaydada qərar qəbul edildi ki, əcbəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.
V.Hüseynov bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra həmin əcnəbilərin hansı müddətdə ölkəni tərk etmələri barədə qərar veriləcək.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...