Ötən gün Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiqləyib. Bununla da parlamentin yeni tərkibi müəyyənləşib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr üzrə təkrar seçki keçiriləcək. Parlamentin yeni tərkibdə keçiriləcək ilk iclasında 121 deputat iştirak edəcək. (Azvizion.az) Parlamentin yeni tərkibində yer almayan V çağırış Milli Məclis  üzvlərinin siyahısını təqdim edirik: Ağacan Abıyev Elmira Axundova Əflatun Amaşov Mahir Aslanov Gövhər Baxşəliyeva Dilarə Cəbrayılova Valeh Ələsgərov İlham Əliyev Nəriman Əliyev Sona Əliyeva Araz Əlizadə Xanlar Fətiyev Şəmsəddin Hacıyev Əliağa Hüseynov Zeynəb Xanlarova Flora Qasımova Çingiz Qənizadə Elçin Quliyev Fərəc Quliyev Cavid Qurbanov Yaqub Mahmudov Rafiq Məmmədhəsənov Müslüm Məmmədov Hüseynbala Mirələmov Bahar Muradova Aytən Mustafazadə Kamran Nəbizadə Hadi Rəcəbli Arif Rəhimzadə Hacı Salayev Elxan Süleymanov Tahir Süleymanov Mirzəcan Xəlilov Xanhüseyn Kazımlı Mirkazım Kazımov Əsabil Qasımov