Bakı şəhərində məşhur Alov Qüllələrində yerləşən “Fairmont” oteldə insanların kütləvi şəkildə hovuzda dincəlməsi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hazırda polis oteldə əməliyyat keçirir, müştərilər obyektdən çıxarılır. Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək. https://www.facebook.com/aliyev.abbas.ali/videos/1757753784364861/