Polislər arasında koronavirusa yoluxanlar var - DİN mətbuat xidmətinin rəhbəri
“Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”.
Azpost.info-nun məlumatına görə, bunu modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbua xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır: “Çünki onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maaiflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.
E.Zahidovun sözlərinə görə hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir: “Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.
Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib: “Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...