Prezidentin köməkçisi: "Yaxın 2-3 gün ərzində 190 manatın ödənişinə başlanılacaq"
"190 manatlıq ödənişlərlə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu ödənişlərin qısa müddətdə - 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq: “Ona görə hissə-hissə ödəniləcək ki, bu ödənişlərin bir qismi bank kartları ilə həyata keçirilir və bankomatların qarşısında müəyyən sıxlıq yaranır. Ona görə də bu ödənişlər hissə-hissə, həmin sıxlığa nəzarət edilməklə veriləcək. O ki qaldı sərt karantinə daxil edilən digər 8 rayona, bu barədə də müzakirələr gedir, bununla bağlı qərar qəbul olunacaq”.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...