Putin Dumaya seçkilərdə "Vahid Rusiya"nın siyahısına başçılıq edə bilər
2021-ci ildə Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə "Vahid Rusiya" Partiyasının siyahısına 2007-ci ildə olduğu kimi Prezident Vladimir Putin başçılıq edə bilər.
Bu barədə "Kommersant" qəzeti Kreml administrasiyasına yaxın iki mənbəyə istinadən məlumat yayıb. Qəzetin yazıdğına görə, bu, Putin 2024-cü ildə prezident seçkilərində iştirakdan imtina edəcəyi təqdirdə hakimiyyətin ötürülməsinin stabilliyini təmin etmək üçün lazımdır. Prezident Admınistasiyasındakı mənbə Kremlin partiyanın reytinqini yüksəltmək üçün kömək etdiyini də bildirib.
Ötən həftə "Meduza" portalı Prezident Administrasiyası və "Vahid Rusiya" Partiyasındakı mənbələrinə istinadən Dövlət Dumasına keçiriləcək seçkilərə qədər partiyanın Ümumrusiya Xalq Cəbhəsi hərəkatı ilə birləşdiriləcəyinin planlaşdırıldığını yazıb. Bunun cəmiyyətdə "Vahid Rusiya" Partiyası ilə bağlı neqativdən qurtulmaq üçün planlaşdırıldığı bildirilib.
Bundan başqa, qəzet "Vahid Rusiya" Partiyasının liderininin də (Hazırda partiyaya Dmitri Medvedyev rəhbərlik edir - red.) dəyişəcəyini, strukturunun yenidən formalaşdırılıcağını yazır. Partiyanın Ali Şurasının katibinin müavini Sergey Perminov və Ümumrusiya Xalq Cəbhəsi hərəkatının Mərkəzi Qərargahının üzvü Nikolay Qovorin belə layihənin müzkairə olunmadığını bildiriblər. (APA)
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...