"Qaydalara ciddi şəkildə riayət olunmasa infeksiyanın səviyyəsi davamlı şəkildə yüksələ bilər" - ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyincə, dünyanın bir çox ölkələrində koronavirus infeksiyasına yoluxmanın yenidən artması pandemiyanın ilk dalğasının ikinci pik nöqtəsi kimi dəyərləndirilməlidir.
Bu fikirləri təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə bildirib. O bildirib ki, gigiyena qaydaları, sosial məsafənin qorunması və yoluxmuş şəxslərin və onlarla ünsiyyətdə olanların effektiv təcridi tədbirlərinə ciddi şəkildə riayət olunmalıdır. Əks halda, infeksiyanın səviyyəsi davamlı şəkildə yüksələn xətlə inkişaf edə bilər.
M.Rayan, həmçinin bildirib ki, ikinci dalğanın baş verməsi potensialı qış mövsümündə daha çox real görünür. Çünki qış aylarında insanlar qapalı məkanlarda daha sıx şəkildə bir araya gəlirlər və bu zaman infeksiyanın insanlar arasında yayılması yeni sürət tempi əldə edə bilər(azərtac).
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...