"Real" "Barselona"nı məğlub edib
İspaniya Futbol çempionatının 26-cı turunun matçında "Real" evdə "Barselona" nı 2:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Madriddə keçirilib. Matçda qolları Vinisius Junior (71-ci dəqiqə) və Mariano Dias (92) vurublar.
"Real"ın keçmiş futbolçusu, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldo matçı izləyib. Turnir cədvəlində "Real" 56 xal toplayaraq birinci yerə yüksəlib. "Barselona" 55 xalla ikinci pilləyə enib.
Növbəti xəbər yüklənir...