Rusiya Ermənistan konyakı və şərabının satışını qadağan etdi
Rusiya üç növ Ermənistan konyakı və şərabının satışını qadağan edib.
Bu barədə Rospotrebnadzor- İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistandan idxal edilən keyfiyyətsiz spirtli içkilər müəyyən edilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Rusiyada Vedi-Alco, Abovyan Brandy Factory və Shahnazaryan Wine and Brandy House şirkətlərinin şərab və konyaklarının satışı dayandırılıb.
Qeyd edək ki, bundan öncə Rusiya Ermənistandan gül idxalını və "Cermuk" suyunun idxalı və satışını dayandırıb.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...