Şəmkir rayonunda şərab zavodunda yanğın olub. Yanğın rayonun Çinarlı qəsəbəsi, M. Şəhriyar küçəsində yerləşən Şəmkir Şərab Zavodunda köməkçi tikilidə qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb.