Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.