Avropa İttifaqı (Aİ) suriyalı qaçqınları sərhədlərindən buraxmayan Yunanıstanı dəstəkləyib. Bu barədə Sondakika.com məlumat yayıb. Bildirilir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel məsələyə münasibət bildirib. “Avropa sərhədlərini qorumaq üçün Yunanıstanı dəstəkləyirik”, - deyə Ş.Mişel qeyd edib. Ş.Mişel eyni zamanda deyib ki, vəziyyəti yaxından müşahidə edə bilmək üçün Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə çərşənbə axşamı günü Yunanıstan-Türkiyə sərhədində görüşəcək. Qeyd edək ki, Suriya ərazisində türkiyəli hərbçilərin şəhid olmasından sonra Türkiyə Avropa sərhədlərini suriyalı qaçqınlar üçün açıb.