Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər - SİYAHI
Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin siyahısını açıqlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.
Bundan əlavə, siyahıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmadığı rayon və şəhərlər üzrə də onlayn apteklər mövcuddur.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...