Senator Sandersin Kaliforniyada ilkin seçkildə qalib gələcəyi gözlənilir
Senator Berni Sanders ABŞ-ın Kaliforniyada dünən demokratların keçirdiyi ilkin seçkilərdə qələbə çalacaq.
Azpost.info bildirir ki, bu proqnozu “Assoşetded Press” təqdim edib.
Kaliforniya prezident seçkilərində mühüm ştatlardan sayılır. Sanders artıq doğma Vermont ştatında, həmçinin Kolorado və Yuta ştatlarındakı praymerizadə qalib gəlib.
Çərşənbə axşamı ABŞ-da 14 ştatı üzrə nümayəndələr seçirlər. Bu, 1 300 nümayəndə səsi deməkdir. Demokratların Kaliforniyadakı qurultayına 415 nümaynədə gedəcək. Bu, ABŞ digər ştatlarından əhəmiyyətli dərəcədə çoxdur.
Kaliforniyadan həmçinin sabiq vitse-prezident Co Bayden, senator Elizabet Uorren, Nyu-Yorkun sabiq meri Maykl Blümberq və konqresmen Tulsi Qabbard namizəddir.
Demokratların iyul ayında keçiriləcək qurultayında prezidentliyə namizəd olmaq üçün 1991 nümayəndənin səsini almaq lazımdır.
Azpost.info
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...