- Azərbaycan SSR və Ermənistan SSR-də hadisələrlə bağlı əlavə tədbirlər haqqında
SSRİ rəhbərliyinin 1988-ci ildə Sumqayıt hadisələri ilə bağlı təcili iclası – Heydər Əliyevin "Qarabağ bizimdir" şüarı Siyasi Büroda kimləri qorxudub? (STENOQRAM)
Sumqayıt təxribatının bu gün 32 ili tamam olur. 1988-ci il fevralın 27-də gənclik şəhərində baş vermiş hadisələr bu günə qədər xeyli suallara cavab axtarır.
Ermənistanda və Dağlıq Qarabağda 1988-ci ilin fevralında başlanmış separatçı hərəkat bütün SSRİ-də açıq kütləvi nümayişlərin ilk siqnalı oldu. SSRİ Konstitusiysına zidd olaraq ərazi iddialarına qalxan Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq özünə birləşdirilməsini tələb edirdi. Qarabağda etnik zəmində ilk toqquşmalar Ermənistanda yaşayan azərbaycanlıların yaşadıqları dədə-baba torpaqlarından kütləvi köçməsi ilə nəticələndi. Bu milli ədavət ən müxtəlif qrupları SSRİ-də hakimiyyət uğrunda aparılan mübarizənin bir elementinə çevirdi.
1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr dünyada Azərbaycanı nufuzdan salmaq və Qarabağı ələ keçirmək üçün psixoloji və hüquqi arqumentlər yaratmaq üçün idi. SSRİ DTK-nın hazırladığı bu təxribat nəticəsində xeyli şəxs həbs olundu, bir neçə azərbaycanlı günahsız yerə güllələnmə cəzasına məhkum edildi.
Bəs bu hadisələr SSRİ rəhbərliyində necə reaksiya doğurub?
Sizə təqdim etdiyimiz bu sənəd sovet rəhbərliyinin Sumqayıt hadislərindən sonra keçirdiyi iclasın protokoludur. Sov.İKP Siyasi Bürosunun 29 fevral 1988-ci ildə keçirdiyi iclasında Sumqayıt hadisələri və Dağlıq Qarabağda baş verənlər barədə mövqelər öz əksini tapıb. Çıxış edən Sov.İKP-nin baş katibi Mixail Qorbaçov məsələ ilə bağlı danışıb. Sənədi oxuduqca Qorbaçovun SSRİ-də milli məsələyə yanaşması heyrət doğurur, onun “erməni sevgisinin” bir daha şahidi olursan.
Azpost.info "STENOQRAM” layihəsi çərçivəsində həmin iclasın stenoqramını oxucularına təqdim edir:
TAM MƏXFİ
Yeganə nüsxə
Sov.İKP SİYASİ BÜROSUNUN İCLASI
29 FEVRAL 1988-Cİ İL
Sədrlik edir: Yoldaş Qorbaçov M.S.
İştirak edirlər: Qromıko A.A, Liqaçev E.K, Nikonov V.P., Slyunkov N.N., Solomensov M.S., Çebrikov V.M., Şverdnadze E.A., Yakovlev A.N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A.P., Kapitonov İ.V.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...