Təhsil Naziri dərslərin müvəqqəti dayandırılması ilə bağlı Baş Nazirə müraciət edib
Təhsil Naziri Ceyhun Bayramov orta məktəblərdə dərslərin iki həftəlik dayandırılması ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.
Bu barədə Azpost.info-ya daxil olan məlumatda deyilir ki, koronavirus xəstəliyi ilə bağlı yaranmış vəziyyət məktəblərdə şagirdlərin davamiyyətinə təsir edib. Nazirliyin ölkə üzrə apardığı araşdırma göstərib ki, virusla bağlı yaranmış kütləvi narahatlıq üzündən dərslərə gəlməyən şagirdlərin sayı artmaq üzrədir.
Bununla bağlı Təhsil Naziri məktəblərdə dərslərin 15 günlük dayandırılması ilə bağlı hökumətə müraciət edib. Tədris planında yaranacaq boşluğu doldurmaq üçün iyun ayında dərs müddətini iki həftə uzatmaq təklif olunur.
Baş Nazir Əli Əsədov təkilfə baxıb qərar verməlidir.
Bununla bağlı rəsmi mövqeyi öyrənməyə çalışırıq.
Azpost.info
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...