Tehran ABŞ-la danışıqlarla bağlı qərar qəbul etməyib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-ın təkliflərinə cavab göndərməyib və danışıqlarla bağlı qərar qəbul etməyib.

Bu barədə o, “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

Əraqçinin sözlərinə görə, İran daxilində hər hansı konkret tərəflə danışıqlar aparılmır, mesaj mübadiləsi Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir və təhlükəsizlik strukturları arasında da əlaqələr saxlanılır.

O qeyd edib ki, mesajların ötürülməsi hökumət vasitəsilə və Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında müəyyən edilmiş formatda baş tutur.

Nazir vurğulayıb ki, İran ABŞ-ın 15 maddəlik təkliflərinə cavab verməyib və hər hansı qarşı təklif və ya şərt irəli sürməyib.

Əraqçi əlavə edib ki, danışıqlarla bağlı qərar hələ qəbul olunmayıb, lakin müharibənin başa çatdırılması dair şərtlər Tehrana görə aydındır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.