Sanders yazıb: “Açığını desəm, Putinin kimi prezident olaraq görmək istədiyi mənim vecimə deyil. Mənim Putinə mesajım açıqdır: Amerika seçkisindən uzaq dur və mən prezident olanda onun bunu etdiyindən əmin olacağam”.
"Donald Trampdan fərqli olaraq mən Vladimir Putini yaxşı dost hesab etmirəm. O, avtokrat quldurdur və Rusiyada demokratiyanı məhv edib, müxalif səsləri boğur. Açıq danışaq, rusiyalılar bizi bölməklə Amerika demokratiyasına xələl gətirmək istəyir və mən indiki prezidentdən fərqli olaraq onlara və bizim seçkiyə müdaxilə etmək istəyən başqa xarici qüvvələrə qarşı çıxıram” - deyə, o əlavə edib. (Amerikanın Səsi)