"Türkiyə İran da daxil olmaqla 9 ölkəyə koronavirusla mübarizədə "Skype" vasitəsilə kömək edəcək".  APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib. Nazir İran da daxil olmaqla 9 ölkənin yeni tip konavirusla mübarizədə Türkiyənin apardığı elmi araşdırmaları öyrənmək istədiklərini bildirib.
O, elmi mübadilə prosesinin bu gün başlayacağını vurğulayıb.