Türkiyə tərəfi İranla sərhəd bölgəsində əlavə tədbirlərə başlayıb - Koronavirusla bağlı
İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat etməsi Türkiyə tərəfini əlavə tədbirlər görməyə məcbur edib.
AZƏRTAC xəbər verir ki, bunla əlaqədar Van vilayətinin rəhbərliyi təcili toplantı keçirib. Qonşu ölkədən gələn turistlərin sözügedən virusa qarşı yoxlanılması ilə bağlı qərar qəbul olunub.
Bildirilir ki, Kapıköy gömrük-keçid məntəqəsində xüsusi kamera və karantin tibbi məntəqəsi qurulacaq. Bundan başqa bölgədə türk, fars və ingilis dillərində koronavirusun əlamətləri, eləcə də şübhəli hallarda aidiyyəti qaydada müraciət edilməsinin vacibliyi və s. barədə məlumatlar yerləşdiriləcək.
Əlaqəli xəbərlər
-
Tramp və NATO baş katibi hansı məsələləri müzakirə etdi? Rusiya və İran gündəmdə
-
Tramp Putinə hansı çağırışı etdiyini açıqladı - “Qırğın dayandırılmalıdır”
-
Moskva “Tramp yolu”nda nəyi təhlükə sayır? - Mariya Zaxarova detalları açıqladı
-
Trampdan sonra Ağ Evə kim gələcək? - Demokratların 4 namizədi məlum oldu
Növbəti xəbər yüklənir...