Türkiyənin Bursa əyalətində koronavirusa yoluxan 13 aylıq körpə 6 gündən sonra sağalıb. “Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb. Bildirilib ki, ailə üzvləri COVID-19-la bağlı testdən keçib və 13 aylıq Z.D.-nin nəticəsi müsbət olub. Koronavirusa yoluxan körpə Bursa şəhər xəstəxanasında müalicə olunub. 6 günlük mübarizdən sonra Z.D. xəstəliyə qalib gəlib.