Xəstə palata yoldaşının iki min manatını oğurlayıb - Ağstafada
Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.
“Report”un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü oğurlanıb. Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Növbəti xəbər yüklənir...