Abşeronda kişi 110 manat borc üstündə döyüldü

Dava
Dava

Abşeron Rayon Məhkəməsində ötən il baş vermiş borc qalmaqalı ilə bağlı maraqlı cinayət işi yekunlaşıb. AzPost xəbər verir ki, məhkəmə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Fikrət Bəşirov (adı, soyadı şərtidir) barədə hökm çıxarıb.

Məlumata görə, proses hakim Abusət Qasımovun sədrliyi ilə baş tutub. Məhkəmənin qərarı ilə cinayət işi üzrə icraata xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

İttihama əsasən, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınıb. Fikrət Bəşirov tanışı Nizami Əmrahovla (adı, soyadı şərtidir) aralarında olan 110 manat borc məsələsinə görə mübahisə edib. Telefon danışığı zamanı tərəflər arasında yaranan gərginlik nəticəsində Nizaminin Fikrəti təhqir etməsi davaya səbəb olub.

Dava zamanı Fikrət Bəşirov yumruqla bir neçə dəfə Nizami Əmrahovun sifət və baş nahiyəsinə zərbə endirərək, onun sağlamlığına yüngül zərər yetirib. Hadisədən dərhal sonra Fikrət saxlanılıb və barəsində cinayət işi başlanıb.

Məhkəmə iclasında tərəflər arasında barışıq əldə olunduğu və zərərçəkmiş şəxsin şikayətindən imtina etdiyi üçün cinayət işi icraatına xitam verilib. Qeyd edək ki, borc qalmaqalı zəminində yaşanan bu insident sosial mediada da müzakirə doğurub. (Pravda.az)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.