İslamabad ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcək və hər iki tərəfin atəşkəs öhdəliklərini yerinə yetirəcəyini gözləyir.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqlamada deyilir: “Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət şəkildə irəliləməyə davam edəcək… Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir”.
Qeyd edək ki, ötən gün İslamabadda ABŞ-İran danışıqları keçirilib. 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.