Aİ Rusiyanın 1,4 milyard avro pulunu Ukraynaya verəcək

Avropa
Avropa

Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro məbləğində faiz gəlirini Ukraynaya verəcək.

Bu vəsait 2025-ci ilin ikinci yarısında toplanıb.

Aktivlər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyalar çərçivəsində dondurulmuş olaraq qalır, lakin faizlər Rusiya tərəfinə məxsus deyil və Kiyevin dəstəklənməsi üçün istifadə oluna bilər.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.