Britaniyanın səhiyyə naziri Mett Henkok koronavirusa yoluxub. Azpost.info RİA-ya istinadən bildirir ki, nazir bu barədə tvitterdə yazıb: “Mənə analiz verməyi tövsiyə etdilər. Nəticə müsbət oldu”-deyə o sosial şəbəkədə yazıb. Evdə təcrid olunan nazirdə yüngül simptomlar aşkar edilib. Bundan əvvəl Baş nazir Boris Conson da koronavirusa yoluxduğunu açıqlayıb.