Ermənistan KTMT-yə qayıtmayacaq –Pașinyan

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil.

APA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib.

Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur.

Paşinyan Rusiya liderinə KTMT məsələsinin kifayət qədər müzakirə olunmuş hesab edilməsini və digər mövzulara keçməyi təklif etdiyini bildirib.

Onun sözlərinə görə, mövcud məsələlər üzrə hər kəsin öz həqiqəti var. “Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”, – Paşinyan vurğulayıb

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.