Fillipinin prezidenti polisə əmr verdi: “Karantini pozan vətəndaşları güllələyin!”
Fillipinin prezidenti Rodriqo Duterte polis və hərbiçilərə koronavirusla bağlı elan olunmuş karantin rejimini pozanlara atəş açmağa icazə verib.
Azpost.info “Frans-Press”ə istinadən bildirir ki, prezident bu barədə milli televiziya ilə müraciətində bəyan edib.
“Mən yerli məmurlara, polisə və hərbiçilərə əmr edirəm: Əgər problem yaranırsa, adamlar sizə hucum edib hədələsə onlara atəş açın”-deyə Duterte bildirib.
Prezident bildirib ki, Manilanın kasıblar yaşayan kvartallarında polis hökumət əleyhinə çıxışlar edən 20 nəfəri həbs edib. Onlar hakimiyyəti insanları ərzaqla təmin etməməkdə ittiham ediblər.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...