Dünya bazarında dekabr ayında günəbaxan yağının 1 tonu 1223 dollara satılıb.  AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb. Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb. Bu, qiymətin əvvəlki aya nisbətən 3.5% azalma deməkdir. 2024-cü ilin dekabr ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 1.3% bahalaşaraq 9850 dollar olub. Zeytun yağı İspaniya bazarında 25.5%, Yunanıstan bazarında 20.8% ucuzlaşaraq müvafiq olaraq 5009 ABŞ dolları və 5334 ABŞ dollar səviyyəsinə enib. https://www.youtube.com/watch?v=vug04cHOs8Y