“Hörmüz boğazının hərbi əməliyyat yolu ilə açılması real deyil“.
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Donald Trampın ABŞ müttəfiqlərini boğazın yenidən açılması istiqamətində fəaliyyət göstərməyə çağırışına cavab olaraq, Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə deyib.
“Bəzi insanlar Hörmüz boğazını hərbi əməliyyat vasitəsilə azad etməyi müdafiə edir, bu mövqe bəzən ABŞ tərəfindən də səsləndirilib”, – Makron bildirib.
Fransa lideri bu əməliyyatın uzun müddət çəkə biləcəyini və boğazdan keçən gəmiləri təhlükə altına qoya biləcəyini deyib.
“Bu heç vaxt bizim dəstəklədiyimiz variant olmayıb, çünki bu, real deyil”, – o əlavə edib.