İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat verdi
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Baş katib bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Xocalı faciəsi baş verib. Bəyanatda xatırlanıb ki, İƏT Nazirlər Şurasının 2019-cu ildə Abu-Dabidə keçirilmiş 46-cı sessiyasında Azərbaycan ərazilərində mülki azərbaycanlılara qarşı törədilən əməllərə qiymət verilib.
“Bu əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib”, - deyə bəyanatda bildirilib. Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkilib.
Növbəti xəbər yüklənir...