Kamçatkadakı məşhur vulkan püskürə bilər- 15 km hündürlükdə isə...

Son 24 saat ərzində Kamçatkadakı Bezymyannıy vulkanında 115-dən çox seysmik hadisə qeydə alınıb və vulkan püskürə bilər.

AzPost Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinə istinadən xəbər verir ki, mütəxəssisləri bildiriblər ki, hərəkət vulkanın günbəzindən parlaq parıltı ilə müşayiət olunur.

Xidmətin məlumatına görə, 24 saat ərzində 118 yeraltı təkan qeydə alınıb. Gecə saatlarında zirvənin güclü parlaması və vulkanın cənub-şərq yamacı boyunca isti lavaların davamlı hərəkəti qeydə alınıb.

Mütəxəssislər vulkanın püskürməyə hazırlaşdığını bildiriblər. Onların proqnozlarına görə, kül tullantılarının hündürlüyü dəniz səviyyəsindən 15 kilometr yüksəkliyə çata bilər.

Qeyd edək ki, vulkan püskürməsi ilə əlaqədar aviaşirkətlərə xəbərdarlıq edilir.

Bildirilir ki, vulkanın külü təyyarələr üçün təhlükə yaradır, aviaşirkətlərə alternativ marşrutlardan istifadə etmək tövsiyə olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.