Rusiyada yanvar ayında sarımsağın qiyməti 37% bahalaşıb.
Mütəxəssislərin fikrincə, bu koronavirusun yayılması ilə bağlıdır. Ötən il sarımsağın 1 kiloqramı 155 rubla satılırdısa, bu il həmin çəkidə sarımsağı 212 rubldan aşağı qiymətə almaq mümkün deyil. Bundan əlavə, fevral ayında sarımsağın qiyməti daha 5,5% bahalaşıb. Hal-hazırda Rusiya bazarlarında sarımsağın bir kiloqramı 246 rubla satılır. (oxu.az)