Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, ölkədə koronavirusla bağlı xəstələnmənin pik həddi hələ keçilməyib. Azpost.info-nun məlumatına görə, Baş nazir bu barədə virusla bağlı yaradılmış Koordinasiya Şurasının iclasında deyib. “Aydındır ki, pik hədd hələ keçmiləyib. Hadisələrin ən ağır ssenari üzrə inkişafını istisna etmək olmaz”-deyə hökumət başçısı vurğulayıb. Onun sözlərinə görə, Nazirlər Kabineti virusun qarşısını almaq üşün bütün zəruri işləri görür.