Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və əsas liman şəhəri Ciddədə komendant saatı tətbiq edilib. “Report” SPA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ər-Riyad və Ciddədən başqa bir neçə şəhərin sakinləri səhər saat 06:00-dan 15:00-dək yalnız təxirəsalınmaz iş üçün küçəyə çıxa bilərlər.