Üzünə tibbi maska taxmış şəxs  Moskvada evin girişində adamlara atəş açıb. Azpost.info “Moskva 24”-ə istinadən bildirir ki, nəticədə  bir nəfər xəsarət alıb. Odlu silah yarası almış şəxs qospitala aparılıb. Atəş açmış şəxsin kimliyi naməlum qalıb. İnsident araşdırılır.